RU

Ağdaşda körpə qaynar suda YANDI

Ağdaşda 1 yaşlı körpə qaynar suda yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bədbəxt hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü İ. İbrahimov nəzarətsiz qalarkən üzərinə çaydandan qaynar su tökülüb.

Körpə yanıq xəsarətləri ilə əvvəlcə Ağdaş rayon Mərkəzi Xəstəxanasına gətirilib. Daha sonra o, Bakıdakı yanıq mərkəzinə təxliyə olunub. Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

Избранный
15
3
bizim.media

4Источники