Mərkəzi Aran Regional Təhsil İdarəsinin hədiyyə almaq üçün elan etdiyi kotirovka sorğusu ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Kotirovka soğrusunun ümumi dəyəri 3 400 AZN olub.
Alınacaq məhsullara təbii gül, blank, qulluğa xitama görə hədiyyə (taxta gəmi, qum saatı), Azərbaycan Respublikasının, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin portreti, Ulu öndər Heydər Əliyevin çərçivəli portreti daxil olub.
Cabir
Tarix: 14 Mart 2025, 11:00