RU

Saçların erkən yaşlarda ağarmasınınSƏBƏBİ


Statistika göstərir ki, 50 yaşa qədər əhalinin 50 faizinin saçı ağarır. Bu, təkcə genetik faktorlar və ya stresslə bağlı deyil.

Medicina.az xəbər verir ki, saçların erkən yaşlarda ağarmasının bir çox səbəbi var.

Səbəblərə baxdığımızda; İrsi, psixoloji, bəzi xəstəliklər, vitamin çatışmazlığı, hava çirkliliyi və siqaretə məruz qalma görülür.



ÜMUMİ SƏBƏBLƏR

1. Genetik faktorlar

Ananızın və ya atanızın gənc yaşda saçları ağarmışsa, siz də oxşar vəziyyətlə qarşılaşa bilərsiniz.

2. Stress və Pəpsixoloji faktorlar

Güclü stress bədənin oksidləşdirici stress səviyyəsini artıraraq melanini azalda bilər.

Uzun müddət davam edən emosional narahatlıq da saçların ağarmasına səbəb ola bilər.

3. Vitamin və mineral çatışmazlıqları

Vitamin B12 çatışmazlığı:

Melanin miqdarına təsir edərək saçları ağardar.

Mis, sink və dəmir çatışmazlığı:

Saçların piqmentasiyasını təmin edən fermentlərin fəaliyyətinə mənfi təsir göstərə bilər.

4. Otoimmün xəstəliklər

İmmunitet sistemi saç follikullarına təsir edərək piqment itkisinə səbəb ola bilər.

Vitiliqo və ya alopesiya kimi xəstəliklər saçların ağarmasını sürətləndirər.



5. Hormon balanssızlıqları

Qalxanvari vəzi ilə bağlı problemlər (hipotiroidizm və ya hipertiroidizm) saçları vaxtından əvvəl ağardar.

6. Siqaret çəkmək və zərərli vərdişlər

Siqaret oksidləşdirici stressi artıraraq saç follikullarına zərər verir və vaxtından əvvəl ağarmağa səbəb ola bilər.

7. Kimyəvi məhsullar və saç boyaları

Tərkibində sərt kimyəvi maddələr olan saç məhsulları saç follikullarına zərər verə və ağarmanı sürətləndirə bilər..

Aygün
Medicina.az

Избранный
5
medicina.az

1Источники