RU

“Üçlük” sanksiyaların ləğvini tələb edir

“Pekin, Moskva və Tehranın bütün qanunsuz sanksiyaların aradan qaldırılmasını istəyir”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu Çin xarici işlər nazirinin müavini Ma Çaosü Pekində Rusiyanın XİN rəhbərinin müavini Sergey Ryabkov və İranın XİN rəhbərinin müavini Kazem Qaribabadi ilə görüşdə bildirib. "Biz geniş müzakirələr apardıq və razılaşdıq ki, bütün qanunsuz sanksiyalar dayandırılmalıdır", – Ma Çaosü deyib. Tərəflər vurğulayıb ki, bu məsələni həll etməyin ən düzgün yolu qarşılıqlı hörmətə əsaslanan diplomatiya və dialoqdur. 

Onlar, həmçinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə tam əməl olunmasının vacibliyini bildiriblər və gərginliyi daha da artıracaq hər hansı addımlardan çəkinməyə çağırıblar. İranın nüvə proqramı ilə bağlı mövqe Ma Çaosü bildirib ki, Çin və Rusiya İranın nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini təsdiqləməsini müsbət qarşılayır. “"Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə” beynəlxalq təhlükəsizlik sisteminin əsas dayağı olaraq qalmalıdır", – deyə o əlavə edib. Pekin, Moskva və Tehran bildiriblər ki, bütün tərəflər Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) işinə müdaxilə etməməli və onun obyektiv fəaliyyətini təmin etməlidir. 

Избранный
4
cebheinfo.az

1Источники