RU

Lokal antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə inventarlaşdırılan tikililərin sayı AÇIQLANIB

Bakı. Trend:

2023-cü il 19 sentyabr tarixində həyata keçirilmiş lokalantiterror əməliyyatından sonra azad edilmiş ərazilərdəinventarlaşdırma işləri aparılıb.

Trend xəbərverir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatında qeyd edilib.

Məlumata görə, bu ərazilərdə ümumilkdə 34,6 min yaşayış və 7,8min qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərəkinventarlaşdırılıb. Daşınmaz əmlaklara dair tərtib edilmiş sxemlərvə fotoşəkillər Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə (QRGS)daxil edilib.

İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsiməqsədilə 2024-cü il ərzində QRGS üzərindən 1777 daşınmaz əmlak(bina və tikili) barədə arxiv məlumatları (sənədləri)rəqəmsallaşdırılmış, həmçinin 1781 bina və tikili ərazilərdəaparılan inventarizasiya nəticəsində təsbit edilmişdir. Ümumilikdəhesabat ilinin sonuna 166,6 min daşınmaz əmlak təsbit edilərək QRGSüzərindən rəqəmsallaşdırılmış, o cümlədən 147,3 min bina və tikilitəsbit edilib.

Məqalədə:
Избранный
11
az.trend.az

1Источники