RU

Baş nazir: Hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir


2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.


APA-nın xəbərinə görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib.


“2024-cü ildə orta pensiya məbləği 12% (494 manat), yaşa görə pensiya 11,3% (528 manata) artmış, yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilib (9,8% artım). Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub. Prezidentin davamlı islahatları çərçivəsində sosial məsələlərin həllinə daim diqqət göstərilir. Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunub. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bundan sonra da Hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir”, - deyə Baş nazir bildirib.

Избранный
14
10
apa.az

10Источники