RU

Xarici işlər nazirinin görüş və müzakirələri

Martın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspa ilə görüşüb.

Söhbət zamanı Azərbaycan və BMT əməkdaşlığının müxtəlif aspektləri və perspektivləri, mina təhlükəsi ilə mübarizə səylərində qarşılıqlı fəaliyyət imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.

Ceyhun Bayramov BMT rəsmisini COP29 çərçivəsində əldə olunan nailiyyətlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin müəyyən olunması, Paris Sazişinin karbon bazarlarını tənzimləyən 6-cı maddəsi üzrə razılığın əldə edilməsi, bununla yanaşı, həyata keçirilən bir sıra təşəbbüslər barədə ətraflı məlumatlandırıb.

***

Həmin gün Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda iştirak edən Çin Xalq Respublikası Hökumətinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi Vu Honqbo ilə də görüşüb.

Nazir Ceyhun Bayramov inkişaf edən ikitərəfli və çoxtərəfli münasibətlərimizin tarixində xüsusilə ötən ilin Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin təsbit olunması baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib.

Söhbət zamanı Azərbaycan–Çin strateji tərəfdaşlığından irəli gələn məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Qlobal Bakı Forumunun bəşəriyyəti narahat edən, habelə daha inklüziv dünya düzəni ilə bağlı məsələlərin müzakirəsi baxımından vacib platforma olduğu qeyd olunub.

***

Nazir Ceyhun Bayramovun Bakı Forumunun iştirakçısı olan Yunanıstan Parlamentinin üzvü Dmitris Avramopulos ilə görüşündə isə ikitərəfli və çoxtərəfli münasibətlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Qlobal Bakı Forumu kimi tədbirlərin dünyanı narahat edən çağırışlarla mübarizədə rolu vurğulanıb. İki ölkə arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm, humanitar istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinin mövcud olduğu qeyd olunub.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşlardan biri olduğu diqqətə çatdırılıb, həyata keçirilən layihələrin, xüsusilə Cənub Qaz Dəhlizinin enerji sahəsində əməkdaşlıqda çəkisi və rolu vurğulanıb.

Keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

XQ

Избранный
0
xalqqazeti.az

1Источники