RU

Ötən il ləğv edilən, yaradılan və tipi dəyişdirilən məktəblərin SİYAHISI

Bakı. Trend:

2024-cü ildə 39 məktəb ləğv edilib, 25-i yaradılıb və 4 məktəbintipi dəyişdirilib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu günkeçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, hesabat dövründə Bakı Şəhər Təhsil İdarəsinintabeliyində 292, 333, 334, 335, 337 nömrəli tam orta məktəblər,Abşeron-Xızı Xırdalan Regional Təhsil İdarəsinin tabeliyindəXırdalan şəhər 11 nömrəli tam orta məktəbi, Qazax-Tovuz RegionalTəhsil İdarəsinin tabeliyində Şəmkir rayonu Günəşli kənd tam ortaməktəbi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəSamux rayonu Seyidlər kənd tam orta məktəbi yaradılıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Tovuz şəhəriM.Ələkbərov adına tam orta məktəbi Fizika, riyaziyyat vəinformatika təmayüllü məktəbə, Mil-Muğan Regional Təhsil İdarəsinintabeliyində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbi isəHumanitar fənlər təmayüllü liseyə çevrilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusarrayonu, Çərtgün kənd ibtidai məktəbi, Qarabağ Regional Təhsilİdarəsinin tabeliyində olan Şuşa şəhəri 6 nömrəli, Xocalı rayon 2nömrəli, Ağdam rayonu 149 nömrəli tam orta məktəbləri ləğvedilib”,- deyə məlumatda qeyd edilib.

Избранный
24
27
az.trend.az

8Источники