RU

Paşinyanın Ermənistandakı reytinqi çox AZALIB

Əgər Ermənistanda seçkilər bu bazar günü keçirilərsə, baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 11,8%, eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku 4,7%, məşhur videobloger Vardan Qukasyanın DOK partiyası isə 3,5% səs toplayacaq.

Modern.az-ın məlumatına görə, bu, “Gallup International Association” beynəlxalq araşdırma mərkəzinin Ermənistan vətəndaşları arasında keçirdiyi sorğunun son nəticələridir.

“ İravunk” qəzeti yazıb ki, hökumət özü də sorğu keçirib və real reytinq mənzərəsindən pessimist olub.

Hakimiyyətin sorğusu nəticəsində Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının cəmi 10 faiz reytinq yığa bildiyi qeyd edilib.

“Artıq sirr deyil ki, hökumətin reytinqi sürətlə aşağı düşməkdə davam edir. Məhz buna görə hakimiyyət mövcud reytinq mənzərəsini dəyişmək ümidi ilə əsas müxalifət qüvvələrinə qarşı yeni repressiyalar həyata keçirməyə başlayıb”, - “İravunk” qeyd edir.

Избранный
3
modern.az

1Источники