RU

Tsipi Livni: HAMAS qalmamalıdır, yoxsa İsraili hədəf alacaq

HAMAS hakimiyyətdə qalsa, İsraili hədəf almağa davam edəcək.

APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Sülhə doğru" adlı panel müzakirəsində İsrailin keçmiş xarici işlər naziri Tsipi Livni bildirib.

O qeyd edib ki, HAMAS hakimiyyətdədir və iki dövlətli həllə qarşıdır: “HAMAS çox sadə prinsiplərə cavab verməli idi: Zorakılığı və İsrailə hücumları dayandırmaq. HAMAS isə fələstinlilərin əvəzinə qərar verdi və İsrailə hücum etdi.”

Tsipi Livni HAMAS-ın rejim olaraq qalmalı olmadığını vurğulayıb: “HAMAS hakimiyyətdə qalıb özünü gücləndirsə və beləliklə, yardım alıb öz zoraki fəaliyyətinə davam edəcək və İsraili hədəf alacaq”.

Избранный
4
1
apa.az

2Источники