RU

Qarabağa köçən və işləyənlərin sayı məlum oldu

İşğaldan azad olunmuş ərazilərə 10 mindən çox şəxs köçürülüb və evlərlə təmin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bidirilib ki, indiyədək respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış 2615 ailə olmaqla, 10233 nəfərin Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdərə və Xocalı rayonlarına köçürülməsi təmin olunub.

Bütövlükdə isə 30 minə yaxın insan orada yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə 5347,2 mln. manat vəsait ayrılıb.

Nuranə Daxilqızı

Избранный
18
4
qafqazinfo.az

5Источники