RU

Putinlə görüşən xüsusi elçi Trampa xəbər APARIR

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff dünən axşam Moskvada Rusiya lideri Vladimir Putinlə görüşüb və Amerikaya qayıdır.

Modern.az xəbər verir ki, bunu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts “Foks Nyus” telekanalında bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna rəsmiləri ilə keçirdiyi son görüşdən və Putinin döyüşləri dayandırmaq üçün şərtləri açıqlamasından sonra ehtiyatla nikbindir. Maykl Uolts əlavə edib ki, prezident Tramp xüsusi elçi Stiv Vitkoff Rusiyadakı danışıqların nəticələri barədə ona məlumat verdikdən sonra müvafiq qərarlar qəbul edəcək.

"Mən orada Moskvada olan həmkarım, xüsusi elçi Vitkoff ilə danışdım. O bizə danışıqların nəticələrini gətirir. Bu nəticələr əsasında prezident Tramp gələcək addımlar barədə qərar verəcək. Təbii ki, hər iki tərəfin öz tələbləri var və təbii ki, hər iki tərəf müəyyən kompromislərə getməli olacaq", - Maykl Uolts qeyd edib.

Uolts onu da deyib ki, o, Donald Trampı qabaqlamamaq üçün milli televiziyada heç nəyi müzakirə etməyi planlaşdırmır.

Избранный
24
modern.az

1Источники