2025-ci ilin martın 14-də növbəti tam Ay tutulması baş verəcək. Elmi yanaşmalara əsasən, Ay tutulmasının astrologiya dünyasına müəyyən təsirləri olacaq. Ehtimallar görə, Ay tutulması bürclərə də təsir edəcək və bu təsir hər bir bürc üçün fərqli bir mənaya sahib olacaq.
Sfera.az astroloqların rəyləri əsasında tam Ay tutulmasının bürclərə təsirlərini öyrənib.
Qoç: Bu Ay tutulması ilə əlaqədar Qoçlar uzunmüddətli hədəflərlə bağlı yeniliklər əldə edə bilər, gizli arzular və keçmişdəki səhvlərlə üzləşə bilərsiniz. Bu dövr, azadlığınızı və şəxsi sərhədlərinizi müəyyənləşdirmək üçün mühüm fürsətlər təqdim edir.
Buğa: Buğa bürcləri üçün bu tutulma xarici ölkələr, təhsil və fəlsəfi baxışlar üzərində təsirlər yarada bilər. Yeni bir düşüncə yoluna çıxmaq və həyat anlayışlarını dəyişdirmək zamanıdır. Köhnə inanclarınız və düşüncə tərzlərinizlə üzləşəcəksiniz. Bu proses, xüsusilə həyatınıza baxış açınızda mühüm bir dəyişiklikə səbəb olacaq.
Əkizlər: Ay tutulması Əkizlər bürclərini borclar və miras kimi maddi məsələlərdə çətinliklərlə üzləşdirə bilər. Maliyyə baxımından vacib qərarlar almanız lazım olacaq. Bu tutulma, psixoloji və emosional dəyişim sahəsində də təsirli olacaq. Köhnə qorxular və narahatlıqlar, sizi geri çəkən şeylər bu gün üzə çıxacaq.
Xərçəng: Xərçənglər üçün bu ay tutulması, münasibətlər və tərəfdaşlıqlar üzərində təsirli olacaq. Tərəfdaş münasibətlərinizdəki yanlış anlamalar və uyğunluqsuzluqlar göz önünə olma ehtimalı artacaq. Bu dövrdə, sevdiyiniz şəxslərlə olan bağlarınızda aydınlaşma prosesi yaşayacaqsınız. Şəxsi sərhədlərinizi açıq şəkildə ortaya qoymağınız lazım ola bilər.
Şir: Şirlər, iş və sağlamlıq mövzularında bəzi gizli məsələlərlə üzləşə bilər. Xüsusilə gündəlik rutinləriniz və sağlamlıq vərdişləriniz haqqında uğur qazana bilərsiniz. Bu tutulma, sağlamlığınızı yaxşılaşdırmaq və iş həyatınızda dəyişiklik etmək istəyini ön plana çıxaracaq. Özünüzü daha yaxşı hiss etmək üçün bəzi vərdişlərinizi gözdən keçirin.
Qız: Qız bürcləri, bu tutulma ilə yaradıcılıq və romantizm sahələrində dəyişikliklər yaşayacaq. Sevgi həyatınızda, keçmişdəki emosional məsələlərlə üzləşmə fürsəti tapacaqsınız. Əgər bir əlaqədə çətin bir dövr keçirirsinizsə, bu tutulma əlaqənizin gələcəyini müəyyənləşdirməyinizə kömək edəcək. Ayrıca uşaqlarla bağlı məsələlərdə də yeni inkişaflar yaşana bilər.
Tərəzi: Tərəzilər, ailə və evlə bağlı məsələlərdə mühüm dəyişikliklər yaşaya bilərlər. Köklərinizlə, keçmişdəki ailə məsələləri ilə üzləşmə və bu məsələlərdə bir dönüşüm prosesi içərisinə girəcəksiniz. Evinizlə bağlı vacib qərarlar ala bilərsiniz. Ayrıca, ailə içindəki bəzi sirrlər üzə çıxacaq.
Əqrəb: Əqrəb bürcləri üçün bu tutulma, münasibətlərdəki ünsiyyət tərzlərini sorğulama dövrü ola bilər. Yaxın çevrə və qonşuluq münasibətləri ön plana çıxacaq. Şüuraltındakı qorxular və qəzəb kimi emosional məsələlər də üzə çıxacaq. Bu dövr, emosional şəfa və daha sağlam ünsiyyət qurma prosesi yaradabilər.
Oxatan: Oxatan bürcləri üçün bu tutulma, maddi məsələlər, gəlir balansı və iş həyatı üzərində təsirli olacaq. Pul məsələlərində köhnə problemlərlə üzləşə bilər, xərclərinizi gözdən keçirə bilərsiniz. Ayrıca, iş həyatınızda mühüm dəyişikliklər olacaq və bu dəyişikliklər uzun müddətli fayda təmin edəcək.
Oğlaq: Oğlaqlar kimlik və şəxsi inkişaf sahəsində mühüm dönüşümlər keçirəcək. Özünüzü daha güclü ifadə etmək üçün fürsətlər doğa bilər. Bu proses, köhnə özünə inamsızlıqların üstəsindən gəlmək və daha azad bir kimlik yaratmaq zamanı olacaq. İş və şəxsi həyatınızda yeni bir dövrə girə bilərsiniz.
Dolça: Dolçalar üçün bu tutulma, daxili bir təmizlik prosesini başlada bilər. Psixoloji baxımdan köhnə travmalar, qorxular və emosional blokajlar üzə çıxacaq. Bu dövrdə, özünüzü daha yaxşı anlamaq, qorxularınızı aşmaq və ruhi tarazlıq yaratmaq adına mühüm fürsətlər doğacaq.
Balıq: Balıqlar bürcləri, qrup işləri, dostluq münasibətləri və sosial çevrə məsələlərində dəyişikliklər yaşayacaq. Bu dövrdə sosial çevrənizlə bağlı mühüm qərarlar ala bilər, münasibətlərinizdəki tarazlığı gözdən keçirə bilərsiniz. Şəxsi hədəflərinizlə bağlı uğur qazana bilərsiniz.
Bəsti Rəfizadə