RU

“Araz Naxçıvan” – “Şamaxı” matçına doğru: cəzalı və zədəlilər var

Misli Premyer Liqasının XXVII turunda “Araz Naxçıvan” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.

İdmanxeber.az-a verilən məlumata görə, hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq. Naxçıvan təmsilçisində zədəli olan Miço Kuzmanoviçlə Qara Qarayev bu görüşü buraxacaqlar. Cəzalı olan Felipe Santos da matçı kənardan izləyəcək.

“Şamaxı”da isə Leroy Mikels bu oyunda komandasına kömək edə bilməyəcək. Futbolçu zədə səbəbindən qarşılaşmada forma geyinə bilməyəcək.

“Araz Naxçıvan” – “Şamaxı” oyunu saat 19:00-da start götürəcək. 

Избранный
7
idmanxeber.az

1Источники