?Apple? korporasiyası iOS 19 əməliyyat sisteminə və ?AirPods? qulaqlıqlarına söhbətlərin real vaxt rejimində tərcüməsi funksiyasını əlavə etməyi planlaşdırır. Funksiya belə işləyəcək: insan, məsələn, ispan dilində danışdıqda, ?AirPods? avtomatik olaraq onun sözlərini ingilis dilinə çevirəcək.
Yeniliyin hansı dilləri dəstəkləyəcəyi açıqlanmır. Eyni zamanda, yeni xüsusiyyətin hansı ?AirPods? modellərinə uyğun olacağı da bəlli deyil.
Qeyd edək ki, iOS 19 2025-ci ilin iyununda təqdim olunacaq, rəsmi buraxılışı isə bu ilin sentyabrında baş tutacaq.