RU

ABŞ və İsrail Sudan, Somali və Mərakeşi fələstinliləri qəbul etməyə dəvət edib

Birləşmiş Ştatlar və İsrail üç Şərqi Afrika ölkəsinin səlahiyyətlilərindən ABŞ prezidenti Donald Trampın planı çərçivəsində Qəzzanı tərk edəcək fələstinliləri məskunlaşdırmaq üçün öz ərazilərindən istifadə etməyi nəzərdən keçirmələrini xahiş ediblər. “AP” bu barədə cümə günü səhər hər iki ölkədəki rəsmi mənbələrə istinadən məlumat yayıb.

Sudan hakimiyyəti ABŞ-ın tələbini rədd etdiklərini, Somali və Somalilend nümayəndələri isə belə bir təklifin alınması faktını təkzib ediblər. Sudan, Somali və Somalilendın separatçı ərazisi ilə aparılan danışıqlar ərəb dünyası və Avropanın güclü müqavimətinə baxmayaraq ABŞ və İsrailin planı irəli sürmək istəyini əks etdirir.

Qəzzalıları qəbul etmək təklif edilən üç ölkə dünyanın ən yoxsul ölkələri arasındadır və Trampın köçkünlərə “gözəl bölgədə” yaşamaq imkanı veriləcəyi ilə bağlı iddiasını şübhə altına alır.

Fələstinlilərin Qəzzadan kütləvi şəkildə köçürülməsi ideyası əvvəllər qeyri-real hesab olunurdu, lakin keçən ay Tramp bunu açıqladıqdan sonra İsrailin baş naziri Benyamin Netanyahu planı “cəsarətli baxış” adlandırıb. Qəzzadakı fələstinlilər bu təklifi rədd etdi, ərəb ölkələri isə alternativ plan təklif edərək qəti şəkildə buna qarşı çıxdılar.

Ötən ay “Kanal 12” bildirmişdi ki, Ağ Ev Qəzzalıları Somalilend, Puntlend və Mərakeş bölgələrində yerləşdirməyi nəzərdən keçirir.

Somalilend və Puntlend Somali daxilində beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınmayan ərazilərdir.

Somalilend, Puntlend və Mərakeşin ortaq cəhətləri onların Birləşmiş Ştatlardan kəskin siyasi asılılığıdır: Somalilend və Puntlend beynəlxalq səviyyədə tanınmağa çalışır, Mərakeş isə Qərbi Saharada mübahisəli ərazilərlə üzləşir.

Bundan əlavə, hər üç bölgədə əsasən sünni müsəlmanlar yaşayır.

Almaz Həsənli

Избранный
12
oxumeni.az

1Источники