RU

Ukraynanın bölüşdürülməsi planı – Qoşunlar bu ərazilərdən çıxarılır?

Xəbər verdiyimiz kimi, ABŞ-ın irəli sürdüyü atəşkəs razılığından sonra Ukrayna və Rusiya arasında şiddətli döyüşlər başladı. Rəsmi Kiyevin 30 günlük atəşkəsə razı olduğuna dair yayılan xəbərlər fonunda Ukrayna PUA-ları martın 12-də Moskvaya hücum etdi – ölənlər, yaralananlar var. Ardınca isə Rusiya ordusu Kurskda əks-hücuma keçərək Ukrayna hərbçilərini geri oturtdu. Rusiya Prezidenti Vladimir Putin cəbhə bölgəsinə gedib, tapşırıqlar verib.

Bəs ABŞ-ın təşəbbüsü ilə atəşkəs razılığı necə olacaq? Yoxsa Vaşinton yanan ocağa benzin töküb?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Ukrayna savaşı Rusiyanın çökdürülüb yox olması üçün Avropa tərəfindən məqsədyönlü aparılan savaşdır:

“Burada rahatlıqla atəşkəsin əldə olunması, danışıqlar masasına oturulması çətin görünür. Rusiya üçün ölkə təhlükəsizliyi hər şeydən önəmlidir. ABŞ-dan fərqli olaraq Rusiyaya ölkə iqtisadiyyatının necə olacağı maraqlı deyil. Birinci və İkinci Dünya müharibələrini görmüş ölkələrdən biri də Rusiyadır. Rəsmi Moskva iki müharibədə də itkilər verib, qələbələr çalıb. Nələrin baş verdiyini çox yaxşı bilir. Ona görə də təhlükəsizlik məsələsini prioritet tutur.

ramiye

Ramiyə Məmmədova

Rusiya-Ukrayna müharibəsinin sakitləşməsi zaman tələb edir. Ukraynanın arxasında duran qüvvələrin verdiyi məsləhətlərlə savaş idarə edilir. Həmin ölkələrdən biri olan İngiltərənin də əsas məqsədi Rusiyanın Avropada gücünün azaldılması, dövlətin bölünməsidir. Digər Avropa dövlətləri ABŞ-ın yürütdüyü siyasət fonunda Ukraynaya dəstəyi artırıb”.

Politoloqun sözlərinə görə, Donald Tramp Ukrayna məsələsinin masada bitirilməsi üçün çalışır:

“Ukraynaya edilən təzyiqlər fonunda rəsmi Kiyev 30 günlük atəşkəsin, eyni zamanda təbii ehtiyatlarla bağlı sazişin imzalanmasına razılıq verib. Rusiya isə Kursku tamamilə azad etdikdən sonra atəşkəsin imzalanmasına razılıq verə bilər. Ukraynanın öz istəyi ilə həmin ərazilərdən çıxması istisna edilmir. Rusiya isə ələ keçirdiyi əraziləri Ukraynaya geri qaytarmayacaq”.

Избранный
19
turkustan.az

1Источники