Qarabağ regionunda iqtisadi və turistik inkişaf sürətlə davam edir. Bu prosesin vacib elementlərindən biri də restoran və iaşə obyektlərinin fəaliyyətə başlamasıdır. Şuşa, Xankəndi, Laçın və digər şəhərlərdə açılan yeni məkanlar, həm yerli sakinlərə, həm də bölgəyə gələn qonaqlara ləzzətli Azərbaycan mətbəxini təqdim edir.
Valyuta.az Qarabağdakı restoranların qiymətini təqdim edir:
Baba Restoranı (Laçın, Həkəri çayı sahilində)
Səhər yeməyi: 4-20 manat
Qəlyanaltılar: 3-8 manat
Salatlar: 5 manat
Kabablar: 10 manat
İsti yeməklər: 9 manatdan başlayır
Şorbalar: 4-5 manat
Qoç Ət Restoranı (Şuşa filialı)
Səhər yeməyi: 4-35 manat
Şorbalar: 3-6,90 manat
Şirniyyatlar: 1,50-18 manat
Kabablar: Növünə görə dəyişir
Dəfnə Restoranı (Xankəndi, Qarabağ Hotel)
Soyuq qəlyanaltılar: 4-13 manat
Salatlar: 7-27 manat
Kabablar: 5-24 manat
Əsas yeməklər: 10-30 manat
Şorbalar: 4-16 manat
Şirniyyatlar: 3-15 manat
Cıdır Düzü Restoranı (Şuşa, Şuşa Hotel)
Şorbalar: 12-14 manat
İsti yeməklər: 22 manatdan başlayır
Qəlyanaltılar: 6-36 manat
Şirniyyatlar: 18-32 manat
Uşaq menyusu: Mövcuddur (12-16 manat)
Masa Restaurant & Lounge (Xankəndi, Bulud Hotel)
Salatlar: 7-25 manat
Desertlər: 5-16 manat
Sendviç və burgerlər: 8-22 manat
Qəlyanaltılar: 7-16 manat
Şorbalar: 5-6 manat
İsa Bulağı Restoranı (Şuşa)
Səhər yeməyi: 2-10 manat
Şorbalar və salatlar: 5-6 manat
Kabablar: 3-16 manat
Şirniyyatlar: 2-10 manat
Çay dəstgahı: 30 manat
Chefmoodxankendi Kafesi (Xankəndi)
Səhər yeməyi: 2,50-24 manat
Salatlar: 4,80-11,50 manat
Şorbalar: 3-5,50 manat