Bu gün "Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi" adlı keçirilən XII Qlobal Forumda Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxış edib. SİA xəbər verir ki, Hikmət Çətin qeyd edib ki, iqlim dəyişmələri, miqrasiya və iqtisadi geri sabitlik, ticarət müharibəsi və s. bizim üzləşdiyimiz məsələlərdən biridir. mədas məsələlərdən biridir: "Bizə yenə də sülh lazımdır. Azərbaycanla Ermənistan arasında arasında dayanıqlı sülh hələ də həll olunmadı. Eyni zamanda Orta Şərqdə hələ də həll olunmamaış problemlər vardır.
Bununla yanaşı ABŞ Prezidenti Donald Tramp və onun amerikasayağı birtərəfləri çoxtərəfliliyə və əməkdaşlığa xidmət etmir. Hal-hazırda cari problemlərin həllinə gəldikdə isə onların əlində daha çox imkan var".
Onun sözlərinə görə, Türkiyə orta ölçülü dövlətin gücünün təzahürüdür: " Həmçinin Türkiyə NATO-nun üzvüdür. Eyni zamanda BRICS və Şanxay Əməkdaşlıq Təşkilatında üzvdür. Türkiyə qlobal rifahdada mühüm rol oyanır. Effektiv olaraq orta ölçülü dövlət olaraq öz rolumuzu tənzimləmək istəyirkisə, konseptual reallıq qurmalıyıq. Həmçinin bu səpkidə qərəzsizlik əhəmiyyətlidir.
Türkiyə Rusiya ilə müsbət rol oyanır. Bu gün Rusiya əgər həmin razılaşmanı qəbul edərsə, Türkiyədə özünə məxsus rolu oynaya bilər. Öz məkanına yaxın olan bölgədə sülhə xidmət göstərə bilər. Həmçinin xüsusi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda müharibə bitib. Qarabağ hərbi qüvvələrdən istifadə edərək azad edildi. Amma Ermənistan və Azərbaycan arasında sülh hələ də imzalanmayıb".