RU

Balakəndə çaydan qum-çınqıl yığanlar saxlanılıb

Balakəndə çaydan qanunsuz olaraq qum-çınqıl yığanlar saxlanılıb.

“Heftelik.az” “Apa TV”yə istinadən məlumat verir ki, Balakən Rayon polis əməkdaşları çayın içərisindən və yerin tərkindən qanunsuz olaraq istifadə etdiyi üçün bir neçə şəxsi saxlayaraq məsuliyyətə cəlb ediblər.

Belə ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional mərkəzindəndən verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, 6 nəfərdən ibarət olan bir qrup qeyri qanuni yolla Balakənçayın içərisindən qum və çınqılları çıxararaq qeyri qanuni formada satışını həyata keçiriblər.

Həmin şəxslər polis əməkdaşları vasitəsilə saxlanaraq məsuliyyətə cəlb olunublar. Bu şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protok tərtib olunub və 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Faktla başlı araşdırmalar davam edir.

Müəllif: Türkan_zadə

Избранный
4
heftelik.az

1Источники