Tacikistan prezidenti Emoməli Rəhmon martın 15-17-də Moskvada rəsmi səfərdə olacaq.
Qaziler.az bildirir ki, bu barədə martın 14-də Kremlin Teleqram kanalında məlumat verilib.
“Martın 17-də Moskvada Rusiya lideri Vladimir Putin və Rusiyaya rəsmi səfərə gələcək Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında danışıqlar aparılacaq”, - məlumatda deyilir.
Görüş zamanı dövlət başçıları Rusiya ilə Tacikistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək inkişaf perspektivlərini müzakirə edəcək, ticarət, investisiya və humanitar əməkdaşlığa xüsusi diqqət yetirəcəklər. Həmçinin cari regional problemlərə dair fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, səfərin yekunları üzrə bir sıra ikitərəfli sənədlər imzalanacaq.
Qeyd olunur ki, Putin və Rəhmon videokonfrans vasitəsilə Düşənbədə İstedadlı Uşaqlar üçün Beynəlxalq Təhsil Mərkəzinin və V.Mayakovski adına Dövlət Rus Dram Teatrının tikintisinə başlanılması mərasimində iştirak edəcəklər.
QAZİLER.AZ