RU

Kurskun azadlığı üçün 100 kvadratmetr ərazi "təmizlənməlidir"?

Hərbi ekspert və istefada olan birinci dərəcəli kapitan Vasili Dandikin diqqət çəkən açıqlamalar verib.

O,  Lenta.ru-ya açıqlamasında bildirib ki, rus qoşunları Kursk vilayətini tam azad etmələri üçün təxminən 100 kvadratmetr ərazini təmizləməlidirlər.


“Bu prosesə başlamaq üçün, bu "qaynar qazan"larda düşməni məhv etmək lazımdır. Orada 100 kvadratmetr yer qalıb. Düzdür, bu, az görünür. Amma əslində təmas xətti və dövlət sərhədi boyunca çoxlu müdafiə strukturları var”, - ekspert qeyd edib.


O əlavə edib ki, gələcəkdə Kursk vilayətini təkrar işğaldan qorumaq üçün təhlükəsizlik zonası yaratmaq lazımdır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
16
news365.az

1Источники