RU

Ermənistanı dəstəkləyən qüvvələr, Cənubi Qafqazda sülhün bərpa olunmasına mane olur-Tural İsmayılov - ÖZƏL

Son illərdə Cənubi Qafqaz regionunda siyasi və hərbi dinamika sürətlə dəyişib. Fransa və İranın Ermənistanı silahlandırması və eyni zamanda sülhə dəstək verməsi, bu regiondakı geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirir. Fransa və İranın Ermənistanı silahlandırıb eyni zamanda sülhə dəstək verməsi, regionda gərginlik yaradırmı, yoxsa sabitlik təmin edər? 

Mövzu ilə bağlı politoloq Tural İsmayılov açıqlamasında Ermənistanı dəstəkləyən qüvvələr, Cənubi Qafqazda sülhün bərpa olunmasına mane olduğunu qeyd edib:

"Hesab edirəm ki, Ermənistanı silahlandıranlar həmçinin Azərbaycanla Ermənistan arasında müsbət əlaqələrin bərpa olunmasını istəməyən qüvvələrdir. Əgər Cənubi Qafqazda sülh və sabitlik istənilirsə , bunun yeganə yolu Azərbaycanla Ermənistan arasında normal barış mühitinin formalaşdırmaqdan keçir. Amma biz görürük ki, Ermənistanı silahlandıranlar, güc vasitəsi kimi istifadə edənlər bugün Ermənistanın daha da aqressivləşməyinə və daha da provokator bir mövqe tutmağına səbəb olurlar. Hər bir halda Fransa və İranın yaxud digər qüvvələrin Ermənistanın təxribatçı əməllərinə göz yunması və ya bu mövqeləri dəstəkləməsi Azərbaycan və Ermənistan arasında yarana biləcək sülh və etimad imkanlarını kifayət qədər zədələyir. Bugün Azərbaycan regionda sülhün əldə edilməsi üçün əlindən gələn hər şeyi etsə də , Ermənistan bu siyasətdən qaçır və onu dəstəkləyən qüvvələr də Cənubi Qafqaz regionunda normal dövlətlərarası münasibətlərin formalaşmağına təkan vermir. Hər bir halda hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında  sülhün əldə edilməməsinin bir nömrəli səbəbkarı Ermənistan olsa da, Ermənistanı dəstəkləyən və ona havadarlıq edənlər də bu prosesin ləngiməyinə səbəb olur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники