RU

Çempionlar Liqasında yeni favorit - "Barselona"

"Opta" superkompüteri UEFA Çempionlar Liqası favoritlərinin reytinqini yeniləyib.

İdman.biz xəbər verir ki, 1/8 finaldan sonra "Opta" "Barselona"nı turnirdə qələbəyə əsas namizəd hesab edir.

Superkompüter kataloniyalıların qələbə ehtimalını 20,4 % qiymətləndirir.

Qeyd edək ki, 1/8 final cavab oyunlarından əvvəl “Liverpul” Çempionlar Liqasının favoriti hesab edilsə də, Arne Slotun komandası PSJ-yə uduzaraq mübarizəni dayandırıb.

UEFA Çempionlar Liqasında qalib olmaq ehtimalları:
1. "Barselona" - 20,4 %
2. PSJ – 19,3 %
3. "Arsenal" - 16,8 %
4. "İnter" - 16,4 %
5. "Real Madrid" - 13,6 %
6. "Bavariya" - 9,7 %
7. "Aston Villa" – 2,8 %
8. "Borussiya Dortmund" – 1 %

İdman.biz

Избранный
5
idman.biz

1Источники