RU

FHN “Qafqaznet”ə yenə tender verdi – 262 min manat…

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Layihə İnstitutu – “Azərdövlətlayihə” “Qafqaznet” şirkətindən 262 321,08 manatlıq printerlər üçün toner, drum katric və zibil qutuları alacaq.

Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət qurumun bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

FHN və ona tabeli qurumların İKT məhsulları ilə bağlı keçirdiyi tenderlərin qalibi birmənalı şəkildə “Qafqaznet” şirkəti olur. Bu da təsadüfi deyil. Mediada gedən məlumatlara görə, şirkət fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Nazirin biznes haqqında dərc edilən araşdırma materiallarında da “Qafqaznet” şirkətinin adı keçir. Şirkətin nazirə məxsus olması barədə iddialar bu günədək qarşı tərəfdən təkzib edilməyib.

İKT sahəsində fəaliyyət göstərən “Qafqaznet” şirkəti 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır.

“Qafqaznet”in hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi isə Əhmədov Xəyal Əkbər oğludur.

Şirkəti cari il başlayandan ikinci dəfədir ki, FHN-nə tabeli qurumların keçrdiyi tenderin qalibi olur. Bundan əvvəl “Qafqaznet” Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Layihələndirmə İnstitutunun keçirdiyi tenderin qalibi seçilib. FHN-nin idman-sağlamlıq klubunda voleybol meydançası üçün “Video Challange” sisteminin satın alınması ilə bağlı keçirilən bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 205 375,46 manat olub.

Избранный
7
1
yenicag.az

2Источники