Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Nazirlər Kabineti yayıb.
Bildirilib ki, Paşinyan söhbət zamanı Putini Azərbaycanla sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatması barədə məlumatlandırıb.
Bununla yanaşı, tərəflər regional və iki ölkə arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.