Bakı. Trend:
Azərbaycan Qarabağın bərpası ilə fəal şəkildə məşğuldur.
Trend xəbər verirki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti,2015–2016-cı illərdə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziriolmuş Volkan Bozkır XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən“Sülh naminə bərpa: münaqişədən sonrakı inkişaf və regionalsabitlik” mövzusunda panel müzakirəsi zamanı bildirib.
“Hazrda ölkə Qarabağın bərpası ilə məşğuldur. Şəhərlərin yenidənqurulduğunu görmək xoşdur, eyni zamanda, tarixi abidələr –məscidlər, saraylar qorunur və bərpa edilir. Əlbəttə ki, əhaliningeri qayıtması böyük səylər tələb edir. Xəstəxanalar, məktəblərtikilməlidir. Amma Azərbaycan bu vəzifənin öhdəsindən gələcək”, -deyə o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.