RU

Jelka Tsviyanoviç: "Bosniya və Herseqovina hazırda böyük böhranla üzləşir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hazırda Bosniya və Herseqovina uğursuz, uçurumda olan bir ölkədir".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Bosniya və Herseqovina Prezidentliyinin serb üzvü Jelka Tsviyanoviç bildirib.
O, çıxışında Bosniyanın hazırda böyük bir böhranla üzləşdiyini vurğulayıb:
"Hazırkı konstitusiya tam şəkildə reallaşmır. Bizdəki siyasi səhnə tamamilə fərqlidir. İradə olsa, bütün seçicilərin iradəsi ilə konstitusiya dəyişdirilə bilər. Lakin hazırkı konstitusiya ilə tətbiq olunanlar arasında böyük fərq mövcuddur".
Jelka Tsviyanoviç əlavə edib ki, Bosniyanın uğursuzluğunun səbəbini tapmaq və ədalətli olmaq vacibdir, çünki bundan sonra vəziyyət daha yaxşı ola bilər.
Aləmdə Nəsib
Избранный
38
50
oxu.az

10Источники