RU

Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisindən aldığını bildirib

Bakı. Trend:

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Arayik Harutunyan dövlətittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkənGənc şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinətutulmasından da danışıb.

Trend xəbərverir ki, o, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargahrəisi Onik Qasparyandan məlumat aldığını bildirib:

“Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi OnikQasparyan idi. Baş qərargah deyib, mənim baş qərargah rəisi iləsöhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanınvurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç birtəmasım olmayıb”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Избранный
5
1
az.trend.az

10Источники