RU

"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.

Təlimdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri aktiv iştirak ediblər.

Təlimdə aşağıdakı mövzular müzakirə edilib:

  • İnsan alveri fenomeni,
  • İnsan alverinin formaları və vasitələri,
  • Uşaq alverinin qarşısının alınmasında Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri,
  • Uşaq istismarının növləri,
  • İşəgötürənlərin bilməli olduğu vacib məqamlar,
  • Uşaqlara qarşı kiber təqib və zorakılıq,
  • Uşaq istismarının psixoloji təsirləri,
  • İdentifikasiyanın əhəmiyyəti,
  • Ümumi və ilkin tanınma indikatorları.

Təlim interaktiv şəkildə keçirilib, qrup işləri, beyin hücumları və digər metodlardan istifadə olunub. Təlimi DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, Koalisiyanın sədri Mehriban Zeynalova və "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin təlimçisi Günel Ələkbərova aparıblar.

Qeyd edək ki, gələcəkdə Koalisiya üzvlərinin bu mövzu üzrə təlimlər keçməsi üçün xüsusi təlim modulu hazırlanıb. Bu modul Günel Ələkbərova və Mehriban Zeynalova tərəfindən tərtib edilib.

Избранный
2
3
sabahinfo.az

4Источники