Aİ də müharibə səbəbindən indiyədək Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib.
Avropa İttifaqı (Aİ) təxminən 2400 rusiyalı şəxs və təşkilata qarşı tətbiq etdiyi sanksiyaların müddətini 6 ay uzadıb.
Operativ Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Ursula fon der Leyen sosial media hesabında açıqlayıb.
Təşkilatın Rusiyaya təzyiqləri artırdığını qeyd edən Ursula fon der Leyen Aİ ölkələrinin qəbul etdiyi qərara uyğun olaraq, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan sanksiyaların müddətinin sentyabrın 15-dək uzadıldığını deyib.
Qeyd edək ki, fərdi sanksiyalar hər 6 aydan bir yenilənməlidir. Aİ də müharibə səbəbindən indiyədək Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib.