RU

Arif Babayevin son görüntüləri yayıldı - VİDEO

Son günlərdə Azərbaycanın görkəmli xanəndəsi, Xalq artisti Arif Babayevi səhnələrdə görmürük. Bu isə izləyicilərdə nigaranlıq yaratmışdı. İndi isə sənətçinin son görüntüləri sosial mediada yayılıb. Videodan göründüyü kimi, səhhətində geriləmə müşahidə olunur. 

Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Bu il 87 yaşını qeyd edən sənətkar, Azərbaycan muğam sənətinin inkişafında böyük xidmətlər göstərib. 


Qeyd edək ki, bir müddət əvvəl Arif Babayevin səhhətində problemlər yaranmışdı. O, uzun müddətli müalicələrdən sonra əvvəlki sağlığına qovuşub. 


Sənətkarın tezliklə sağalmasını və yenidən səhnədə görməyi arzulayırıq.


Избранный
19
news365.az

1Источники