RU

Qəbələdə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Bu barədə Far.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın 9 nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
16
29
far.az

10Источники