RU

Tramp Ukrayna ilə bağlı sözləri "sarkazm" adlandırıb

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı Ukraynada 24 saat ərzində sülhə nail ola biləcəyi deməsi qismən istehza xarakterli olduğunu deyib.

Bu barədə Donald Tramp "Full Measure" proqramında bildirib.

O, həmçinin bildirib ki, hazırda münaqişənin həlli prosesi “normal şəkildə gedir”.

"Bildiyiniz kimi, bizim Ukrayna tərəfi ilə atəşkəslə bağlı razılaşmamız var. Rusiyadan da buna nail olmağa çalışırıq. Və düşünürəm ki, indiyə qədər hər şey yaxşı gedir. Bazar ertəsi bir az daha çox şey öyrənəcəyik və ümid edirəm ki, yaxşı olacaq", - deyə o əlavə edib.

Избранный
30
1
hafta.az

2Источники