RU

“Xarı Bülbül”ün təsisçisi İlqar İmanquliyev indi haradadır? – Özündən AÇIQLAMA

İki il öncə Azərbaycan voleybolunda yeni voleybol klubu yaradıldı. İlk olaraq kişilərdən ibarət “Xarı Bülbül Şuşa” komandasına daha sonra “Xarı Bülbül Laçın” da qoşuldu. Hər iki komandanın təsisçisi voleybol meneceri və idman geyimi şirkətinə sahib olan İlqar İmanquliyev həm də klubun kapitanı idi.

Bu klubların mətbuatda yaxşı təbliğatı aparıldı və elə görüntü yaradıldı ki, guya “Xarı Bülbül”ün yaxşı sponsorları var. Amma sonradan məsələnin kökü açılanda məlum oldu ki, komanda elə İmanquliyevin şəxsi vəsaiti ilə ayaqda dururmuş.

Təbii ki, sponsorsuz bir klubun uzun müddət fəaliyyət göstərməsi çətindir.

Necə ki, “Xarı Bülbül”də də eyni vəziyyət oldu. Uzun müddət sponsor axtarışı ilə məşğul olan, məsələ ilə bağlı mətbuatda bəyənatlarla çıxış edən İlqar İmanquliyevin cəhdləri nəticəsiz qaldı və həm “Xarı Bülbül Şuşa”, həm də “Xarı Bülbül Laçın” fəlaiyyətlərini dayandıraraq tarixin yaddaşına köçdü. O, vaxtdan bəri İlqar İmanquliyev kölgəyə çəkildi. Təsadüfi deyil ki, uzun müddət voleybolçu və menecer olan klub rəsmisindən bir xəbər yoxdur.

Məsələ ilə bağlı İlqar İmanquliyevi axtarmaq cəhdlərimiz boşa çıxmadı. Bizim.Media-ya açıqlama verən keçmiş klub rəsmisi bir ara bütün işlərdən kənarlaşaraq istirahət etdiyini deyib:
 

“Xarı Bülbül”ün dağılmasından sonra bir az stresdə idim. Məhz buna görə də heç bir fəaliyyətlə məşğul olmadım. Yenicə özümə gəlmişəm. Hazırda voleybolçu kimi “Neftçi” klubunun üzvüyəm. Hər şey yaxşıdır və bundan sonra həm oyunçu, həm də iş adamı kimi fəlaiyyətimi davam etdirəcəyəm”.


Qeyd edək ki, İlqar İmanquliyevin sahib olduğu idman malları şirkəti ölkəmizin bir çox federasiya və klublarının rəsmi tərəfdaşıdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
12
1
bizim.media

2Источники