Demokrat.az xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in məlumatında deyilir.
"Qırğız Respublikası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır", - məlumatda bildirilib.
Qeyd olunub ki, Qırğızıstan tərəfi Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə tarixi hadisə ola biləcək sülh sazişinin bağlanması üçün tərəflərin səylərinə dəstəyini ifadə edir.