RU

Mask DOGE üzərində işləyərkən bir sıra səhvlərə yol verıb

ABŞ-ın vitse-prezidenti J.D.Vens, İlon Maskın federal hökuməti ixtisar etmək üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) layihəsi üzərində işindən danışıb. Onun sözlərinə görə, milyarder bir sıra səhvlərə yol verib.

"Elon Maskın özü deyirdi ki, bəzən nəsə edirsən, səhv edirsən, sonra onu düzəldirsən. Mən səhvləri qəbul edirəm... Mən də bu səhvləri tez bir zamanda düzəltməyə inanıram. Amma mən çox yaxşı bilirəm ki, hökumətdə çoxlu yaxşı insanlar var - öz işlərini çox yaxşı görən insanlar. Biz hökumətdə işləyənlərin mümkün qədər çoxunu qorumaq, eyni zamanda yaramayanları aradan qaldırmaq istəyirik", - Vens NBC News-a bildirib.

CNN qeyd edir ki, bu, Ağ Evin yüksək rütbəli rəsmisinin Maskın DOGE komandasının bir sıra səhvlərə yol verdiyini ilk dəfə etiraf etməsidir.

Xatırladaq ki, təxminən bir həftə əvvəl Politico ABŞ prezidenti Donald Trampın kütləvi ixtisarlardan sonra İlon Maskın səlahiyyətlərini məhdudlaşdırdığını yazmışdı. Xüsusilə, Ağ Ev rəhbəri bəyan edib ki, milyarderin yalnız departamentlərə tövsiyələr vermək hüququ var, kadr qərarları qəbul etmək yox.

Əziz Mustafa, Oxuməni.az

Избранный
12
oxumeni.az

1Источники