RU

Septimius Severus heykəlinin başı geri qaytarılıb

Türkiyədən oğurlanan Septimius Severus heykəlinin başı geri qaytarılıb.

Kulis.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2023-cü ildə ABŞ-dən geri qaytarılan Roma İmperatoru Septimius Severusun bürünc heykəlinin başı Danimarkadan gətirilərək Antalya Muzeyində nümayiş etdirilib.

Türkiyəyə qaytarılan Anadolu mənşəli tarixi əsərlər Antalya Arxeologiya Muzeyində jurnalistlərə təqdim edilib.

Muzeydəki təqdimat mərasimində nazir Ərsoy, Danimarkanın Ankara səfiri Ole Toft, Antalya valisi Hulusi Şahin, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, Roma İmperatoru Septimius Severus heykəlinin başı 1960-cı illərdə Antik Bubon şəhərində aparılan qeyri-qanuni qazıntılar nəticəsində xaricə aparılmış əsərlərdən biriridir.

Избранный
10
kulis.az

1Источники