RU

Leobank-da nağdlaşdırılma komissiyaları artırılır

Unibanka məxsus Leobank tariflərində dəyişiklik edilir.

Marja.az Banka istinadən xəbər verir ki, 1 aprel 2025-ci il tarixindən Leobank kartından şəxsi vəsaitlərin nağdlaşdırılması üçün tarifləri yeniləyəcəyik.

"Digər bankların bankomatlarından vəsaitlərin nağdlaşdırılması daha sərfəli olacaq, Unibank bankomatları üçün isə limitdən artıq vəsaitin nağdlaşdırılması üzrə komissiya bir qədər artacaq",- məlumatda bildirilir.

Unibank bankomatlarından nağdlaşdırma:

Əvvəl: ayda 2000 manatadək — komissiyasız, 2000 manatdan dan çox — 0,5%

Olacaq: ayda 2000 manatadək komissiyasız, 2000 manatdan çox — 1% (minimum 1 manat)

Azərbaycanda digər bankların bankomatlarından nağdlaşdırma:

Əvvəl: 0,5% (minimum 1 manat)

Olacaq: ayda 2000 manatadək — hər əməliyyat üçün 1 manat, 2000 manatdan çox — 1% (minimum 1 manat)

Xaricdə bankomatlardan nağdlaşdırma:

Əvvəl: şəxsi və kredit vəsaitləri üçün 2% (minimum 1 manat)

Olacaq: şəxsi və kredit vəsaitləri üçün 2% (minimum 3,5 manat)

tarifnağdlaşdırılmaleobank
Избранный
15
marja.az

1Источники