RU

Tramp İraqda İŞİD liderinin məhv edildiyini bildirib

İraqda İŞİD (İraq Şam İslam Dövləti) rəhbərlərindən biri məhv edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İraqda İŞİD-in qaçaq lideri məhv edilib.

“Bizim qorxmaz döyüşçülərimiz yorulmadan onu izləyirdilər”, – deyə Ağ Evin sahibi bildirib.

O, həmçinin qeyd edib ki, əməliyyatda İraq hökuməti və İraq Kürdüstanının hakimiyyəti fəallıq göstəriblər.

Избранный
23
2
editor.az

3Источники