RU

Daha bir avtomobildə quraşdırılan qaz balonu PARTLADI

Martın 14-ü gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobildə partlayış hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, park halında olan 90-TS-849 dövlət nömrə nişanlı “Azsamand” markalı nəqliyyat vasitəsinin partlamasına səbəb baqajında quraşdırılan qaz balonu olub.

Hadisə nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb.

Partlayışda xəsarət alan olmasa da, ətrafda olan avtomobillər zərbənin təsirindən zərər görüb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan hadisə barəsində FHN-ə çağırış daxil olmayıb.

Избранный
6
3
editor.az

5Источники