RU

Bernardo Mariano: "Süni zəka daha böyük problemləri həll edə bilər"

"Azərbaycanda açıq mənbə texnologiyalarından istifadə səviyyəsi bizim üçün maraq doğuran mövzulardan biridir. Biz elə etməliyik ki, süni zəkanın üç prinsipinə əməl edilsin. Bunlar məlumatların emalı, alqoritm və hesablama gücüdür".

Oxu.Az xəbər verir ki, bunu BMT-nin baş katibinin köməkçisi Bernardo Mariano XII Qlobal Bakı Forumunun "Yeni dünya üçün yeni texnologiyalar" adlı panel müzakirələrində deyib.

O bildirib ki, süni zəka daha böyük problemləri həll edə bilər:

"Süni zəka icmaya xidmət edir, iqlim dəyişikliyi məsələsinin həllində və xüsusilə də insanda itmiş zəkanın bərpasında rol oynayır.

Eyni zamanda, süni zəkanın mənfi cəhətləri də var. Bu texnologiya insanlığa problem də yarada bilər. Qlobal idarəçiliyə gəldikdə, ümid edirəm ki, biz bu sahədə BMT-nin aparıcı rolundan istifadə edə biləcəyik. "Open Source Technology" mövcud problemlərin yeganə həll yolu deyil. BMT-nin inandırmaq qabiliyyətini nəzərə alaraq hesab edirəm ki, biz süni intellektin tətbiqində ölkələrə təsir edə bilərik. Eyni zamanda, Azərbaycanda açıq mənbə texnologiyalarından istifadə səviyyəsi bizim üçün maraq doğuran mövzulardan biridir. BMT öz nüfuzundan istifadə edərək, ayrı-ayrı ölkələrdə süni intellektin təşviqi üçün tədbirlər görməlidir".

Poliqon.info

 

Избранный
1
5
poliqon.info

6Источники