Bakı. Trend:
Ötən il Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə12,8 milyard manat vəsait transfer edilib.
Trend bubarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabata istinadən xəbər verir.
Məlumata görə, dövlət büdcəsinə transfertdə büdcə proqnozuna tamhəcmdə əməl edilib. Bu maddə üzrə xərclər Fondun ümumi büdcəxərclərinin 99,1%-ni təşkil edib.
Bununla yanaşı, ötən il dövlət büdcəsinə transfert ödənişləriilə bağlı xərclər əvvəlki illə müqayisədə təqribən 8,9% artıb.
Qeyd edək ki, bəhs olunan dövrdə Fondun büdcəsinin xərcləri 12,9milyard manat təşkil etməklə büdcə proqnozu ilə müqayisədə 8,7milyon manat və ya 0,1% az icra olunub.
ARDNF tərəfindən son 10 ildə dövlət dövlət büdcəsinətransfertlərin həcmi ilə aşağıdakı cədvəldən tanış olabilərsiniz:
İl | Məbləğ (milyon manat) |
2015 | 8 130 |
2016 | 7 615 |
2017 | 6 100 |
2018 | 10 959 |
2019 | 11 364 |
2020 | 12 200 |
2021 | 11 350 |
2022 | 7 923 |
2023 | 11 738 |
2024 | 12 781 |