RU

Azərbaycan Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini alqışlayır

Azərbaycan Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədlərin delimitasiyası və demarkasiyası barədə imzalanan sazişi alqışlayır.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında bildirilib.

Qeyd edilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır: "Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik”.

Xatırladaq ki, martın 13-də Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emomali Rəhmon Bişkekdə iki ölkə arasında sərhədlə bağlı razılaşmanı imzalayıb. Hələ ötən ay Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar. Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb. Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
36
12
Demokratikmusavat.com

10Источники