RU

Prezident Fələstin səfirini “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, səfir Nasir Əbdülkərim Əbdürrəhmanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb.
Избранный
45
25
sherg.az

10Источники