Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni təyinatlar olub.
Viral.az Modern.az-a istinadla xəbər verir ki, Tural Mailov və Aygün Musayeva Agentliyin idarə heyətinin sədri Fərid Məmmədovun müavinləri təyin olunublar.
Qeyd edək ki, Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Bu təyinata qədər DOST Agentliyi idarə heyəti sədrinin müşaviri olaraq fəaliyyət göstərib.
Son Yazılar:
- Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində yeni təyinatlar
- Sabah 30 dərəcə isti olacaq
- 12-ci Qlobal Forumu qlobal səviyyədə mühüm əhəmiyyətə malik bir tədbirdir
Aygün Musayeva bu vəzifəyə qədər DOST xidmətləri departamentini müdiri vəzifəsində fəaliyyət göstərib.