RU

Abşeronda 19 yaşlı qız QƏZA TÖRƏTDİ - Ağır xəsarət aldı

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

Bizim.Media “axar.az”a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Ayan Zaur qızı Əliyevanın idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan A.Əliyeva təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Bizim.Media

Избранный
1
12
bizim.media

10Источники