RU

Fariz Cəfərov süni intellektin Azərbaycanda tətbiqi və onun iqtisadi pontensialları haqda danışıb

Bakı. Trend:

Azərbaycan süni intellektdən istifadə etməklə unikal layihələrhəyata keçirir.

Trend xəbərverir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və KoordinasiyaMərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov XII Bakı QlobalForumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar"mövzusunda panel müzakirəsində etdiyi çıxışda bildirib

O qeyd edib ki, Mərkəzin və digər dövlət qurumlarının komandasıartıq vətəndaşların belə istifadə etdiyi bir neçə unikal sistemləryaradıblar. Bu layihələrdən biri “çağrı-mərkəzi” sisteminə süniintellektin inteqrasiyasıdır.

“Bizim başlatdığımız bir layihədə, süni intellekt İqtisadiyyatNazirliyinə zəng edən Azərbaycan vətəndaşlarına kömək edir, beləki, onlar vergi və ictimai xidmətlər üzrə suallarına cavab tapabilərlər. Süni İntellekt zəng edən şəxsin danışığını anlayır vəqanunvericilikdə doğru cavabı taparaq operatora kömək edir. Eynizamanda, biz nitqin təhlilini apararaq operatorlarımızın suallaranecə cavab verdiyini başa düşməyə çalışırıq,” - deyə Fariz Cəfərovizah edib.

Bundan əlavə, onun sözlərinə görə, süni intellekt enerjisektorunda da tətbiq edilir. Hazırda müxtəlif istehsal şirkətlərivə zavodlarla birgə iş aparılır və məqsəd süni intellektin karbonemissiyalarını izləməsinə və onların azaldılması yollarınınaxtarışına kömək etməkdir. Bundan başqa, süni intellektdən iridövlət müəssisələrində bahalı avadanlıqların sıradan çıxmasınınqarşısını almaq üçün proqnostik texniki xidmət prosesində istifadəolunur.

“Biz həmçinin dövlət xidmətlərinə çıxışı asanlaşdırmaq üçünvətəndaşların üz tanınması texnologiyasından istifadə edirik.2019-cu ildə Azərbaycan Sİ tətbiqlərinin aktiv tətbiqinə başlayıbvə hazırda biz onlardan çat-botlar üçün istifadə edirik. Sistemibir milyondan çox cümlə və söz üzərində təlimləndirmişik ki,vətəndaşlar qanunvericilik və digər məsələlərlə bağlı cavab alabilsinlər," – deyə Fariz Cəfərov əlavə edib.

O vurğulayıb ki, bütün bu proseslərin birləşdirilməsi üçün yaxınaltı il ərzində rəqəmsal iqtisadiyyat strategiyası hazırlanıb və bustrategiya 52-dən çox təşəbbüsü özündə ehtiva edir. Bu təşəbbüslərsüni intellektin tətbiqinin bütün aspektlərini – infrastruktur,məlumat toplanması, etik məsələlər və qanunvericiliyi özündəbirləşdirir. Hesablamalara görə, 2040-cı ilə qədər süni intellektintətbiqi Azərbaycanın iqtisadiyyatına təxminən 40 milyard ABŞdolları qazandıra bilər.

Məqalədə:
Избранный
20
az.trend.az

1Источники