RU

Bakı Bulvarında Novruz bayramıı yarmarkası təşkil olunub (FOTO)

Bakı.Trend

Bakı Bulvarı Novruz bayramına xüsusi hazırlaşıb.

Bunu Trend-ə açıqlamasındaDənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri ƏfsanəMehdiyeva deyib.

O bildirib ki, Novruz Bayramı günlərində Bakı Bulvarı şəhərsakinlərinin və turistlərin ən çox üz tutduğu məkanlardan birinəçevrilir.

“Dənizkənarı Bulvar İdarəsi bu il də bayrama özəl hazırlıqlargörərək ərazini Novruzun ruhuna uyğun şəkildə hazırlayıb.

Bu dəfə bayram tərtibatı ənənəvi məkanda deyil, fərqliistiqamətdə, lalələrin xüsusi kompazisiya ilə əkildiyi yerə yaxıngəzinti zolağında qurulub. Azneft dairəsindən Qız Qalasına qədərolan hissə Novruz atributları ilə zənginləşdirilib. Burada bayramınrəmzi olan səməni, dörd çərşənbəni simvolizə edən gəlinciklər,milli ornamentlərlə bəzədilmiş dekorativ kompozisiyalar, rəngarənggüllər, işıq instalasiyaları, şirniyyat elementləri və digər Novruzsimvolları quraşdırılıb”.

Ə. Mehdiyeva onu da vurğulayıb ki, Bakı Bulvarında təşkil olunanbayram yarmarkası da ziyarətçilərə xüsusi atmosfer bəxş edir.

“Burada Novruza məxsus ləziz təamlarla yanaşı, tətbiqi sənətnümunələri, milli suvenirlər və əl işləri də təqdim olunur”,- deyəo qeyd edib.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Избранный
24
9
az.trend.az

10Источники