RU

Fransada parlament seçkiləri bu tarixdə keçirilə bilər

Fransada 2025-ci ilin ikinci yarısında yeni parlament seçkiləri keçirilə bilər.     

News365.az  xəbər verir ki, vəziyyətin bu cür inkişaf ssenarisi “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən proqnozlaşdırılıb. 

Agentliyin məlumatında qeyd olunub ki, “Fitch” Fransanın xarici və milli valyutada uzunmüddətli emitent defoltu reytinqlərini "AA-" səviyyəsində təsdiqləyib, reytinq proqnozu "mənfi"dir. 

“Fitch” Fransanın dövlət borcunun 2028-ci ilə qədər ÜDM-in 120 %-nə çatacağını proqnozlaşdırır ki, bu da "AA" reytinqinə malik ölkələr arasında ikinci ən böyük göstərici olacaq. 

"Fransada 2024-cü ildə keçirilmiş növbədənkənar seçkilərdən və 2025-ci il büdcəsi haqqında qanun layihəsinə görə Barnye hökumətinin müvəffəqiyyətsizliyindən sonra ölkədə siyasi böhran və qütbləşmə güclənib. Baş nazir Bayrunun rəhbərlik etdiyi hazırkı sağ mərkəz koalisiyasının Milli Assambleyada mütləq çoxluğa malik olmaması iqtisadi və fiskal qərarların qəbulunu çətinləşdirir. Biz yeni seçkilərin, böyük ehtimalla, 2025-ci ilin ikinci yarısında elan ediləcəyini gözləyirik. Lakin iqtisadi siyasətin nəticələri və təsirləri son dərəcə qeyri-müəyyəndir", - agentlik vurğulayıb.

Избранный
4
6
news365.az

7Источники